8 iyul 2012 01:37
Millimizin rəqibini Roberto Mançini çalışdıracaq?
Futbol üzrə Rusiya yığmasını böyük ehtimalla italiyalı mütəxəssis Roberto Mançini çalışdıracaq. Azerisport.az xəbər verir ki, belə bir iddia ilə qonşu ölkə mətbuatı çıxış edib.
Sports.ru etibarlı mənbəyə istinadən bildirir ki, Rusiya Futbol İttifaqının sabiq prezidenti, bir müddət öncə istefa verən Sergey Fursenko postundan getməsindən bir neçə gün öncə Mançini ilə müqavilə imzalayıb. Hətta o da iddia olunur ki, Mançini ilinə 7,2 milyon avro qazanacaq. Halbuki, o, İngiltərə çempionu olduğu “Mancester City” klubunda 3,5 milyon avro qazanırdı. Lakin hələlik bu informasiya rəsmi təsdiqini tapmayıb.
Qeyd edək ki, Rusiya yığması DÇ-2014-ün seçmə mərhələsində Azərbaycan millisi ilə eyni qrupda yer alır.
