8 iyul 2012 14:54
Bolqarlar Aqil Məmmədovu Şumaherlə müqayisə etdilər
Bolqarıstan mətbuatı Azərbaycan kubokunun sahibi “Bakı”nın qapıçısı Aqil Məmmədovu Almaniya yığmasının sabiq qapıçısı Toni Şumaherlə müqayisə edib. Azerisport.az xəbər verir ki, onlar bunu Aqilin Sloveniya “Mura”sı ilə Avropa Liqasının birinci təsnifat mərhələsinin ilk oyunundakı bir epizodda sərt oyununa görə vurğulayıblar.
Maraq üçün qeyd edək ki, 1982-ci ildə keçirilən dünya çempionatının yarımfinal oyununda Şumaher də Fransa yığmasının müdafiəçisi Patrik Battistonu sərt şəkildə zədələmiş, onu xəstəxanalıq etmişdi. Lakin xoşbəxtlikdən Aqilin “Mura”nın oyunçusuna qarşı hərəkəti ciddi fəsadlara yol açmamışdı.
