8 iyul 2012 15:44
“Sloveniyadakı oyunda Bakı favorit olmayacaq”
Sloveniyanın “Mura” klubunun hücumçusu Draqan Yeliç Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində “Bakı” ilə ilk oyundan (0:0), eləcə də cavab görüşündən gözləntilərindən danışıb.
- “Bakı” ilə ilk oyun barədə nə deyə bilərsiz?
- Maraqlı oyun alındı. “Bakı” güclü komandadı. Biz də mümkün qədər yaxşı oynamağa çalışdıq. Gizlətmirəm ki, bizi yol yorğunluğu əldən salmışdı. Çünki biz Bakıya gecə yarısı çatdıq. Amma ilk oyunun nəticəsi bizi qane etdi.

- Amma Sloveniyada da “Bakı”dan qol buraxmamağınız əsas şərt olacaq...
- Əgər biz Bakıda qol buraxmadıqsa, bunu niyə doğma meydanda da edə bilməyək? Bizim komandada bir az problemlər var. Amma belə nəticələr komandaya çox kömək edir. İlk oyundakı heç-heçə cavab oyunu öncəsi bizə xeyli inam qazandırdı.
- “Bakı”nın favorit statusu qalır?
- Rəqibimiz də bu oyuna yaxşı hazırlaşmışdıq. Amma onların bizi nədəsə çox güclü üstələdiyini deməzdim. Həm də ilk oyun üçün qarşıya qoyulan vəzifəyə çatan tərəf onlar yox, biz olduq.
- Rəqibimiz də bu oyuna yaxşı hazırlaşmışdıq. Amma onların bizi nədəsə çox güclü üstələdiyini deməzdim. Həm də ilk oyun üçün qarşıya qoyulan vəzifəyə çatan tərəf onlar yox, biz olduq.
- Amma bu oyundan bir müddət öncə keçirilən sınaq matçında “Bakı”ya 4 cavabsız qolla uduzmuşdunuz...
- Bunlar tamamilə fərqli oyunlardı. Yoxlama matçında baş məşçi heyəti sınaqdan keçirirdi, digər oyunçulara baxırdı. Amma Avropa Liqasında hamı qələbə qazanmaq istəyir.
- Problemlər komandaya çoxmu təsir edir?
- Biz Bakıya vaxtında gəlməyi çox istəyirdik. Lakin hər şey fərqli alındı. Bakıdakı ilk oyunda biz sona kimi mübarizə apardıq ki, uduzmayaq. “Bakı” çox hücum edirdi, qol vəziyyətləri yaradırdı. Hər halda sonda istəyimizə nail olduğumuza görə, təəssüflənməyə ehtiyac da qalmır.
- Bəs cavab oyunundan nə gözləyirsiz?
- “Bakı” yenə hücum edən tərəf olacaq. Amma biz də yerimizdə durmağa hazırlaşmırıq. Biz rəqibimizi iş başında gördük. Artıq onların nəyə qadir olduğunu bilirik. “Mura” “Bakı”nı keçə bilər. Bunun üçün qol vurmaq lazımdı. Şanslar bərabərdi. “Bakı” artıq Sloveniyaya favorit kimi gəlməyəcək.

- “Bakı”nın heyətində kim daha çox yadınızda qaldı?
- Fikrimcə, orta sahə daha yaxşı oyun sərgilədi. Müdafiəçilər də yaxşı təsir bağışlayırdılar. Mümkündü ki, cavab oyunu üçün heyətlərində müəyyən dəyişikliklər olsun. Ona görə də biz hər şeyə hazır olmalıyıq.