8 iyul 2012 16:08
Sumqayıt son mövsümün çempionu ilə üz-üzə
2012/2013 mövsümü üçün hazırlığı davam etdirən "Sumqayıt" Futbol Klubu növbəti yoxlama oyununu keçirəcək. Azerisport.az xəbər verir ki, Bernard Raabın komandası "Qaradağ Lökbatan" ilə üz-üzə gələcək.
Qeyd edək ki, "Qaradağ Lökbatan" son mövsümdə birinci divizionun ən güclüsü adını qazanmışdı. Oyun iyulun 10-da Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək və saat 18:00-da başlayacaq.
