8 iyul 2012 17:15
Rail Məlikov: Rəqibdən daha yaxşı təsir bağışladıq
“Dinamo” ilə oyunda rəqibdən daha yaxşı təsir bağışladıq. Topa daha çox biz nəzarət edirdik və hücumlarımız kəsərli alınırdı”.
Azerisport.az xəbər verir ki, bu sözləri Rumaıiyanın “Dinamo” (Buxarest) klubu ilə oyunla bağlı danışan “Neftçi”nin kapitanı Rail Məlikov deyib.
Rail komandanın məqsədini açıqlayıb: “Qələbə hər zaman komandadakı ab-havaya müsbət təsir göstərir. Məqsədimiz odu ki, “Zestafoni” səddini keçib azarkeşlərimizi sevindirək”.
