8 iyul 2012 17:26
İstrahət Qarabağın oyunçularına baha başa gəldi
“Qarabağ” Qızılcahamamda təlim-məşq toplanışını davam etdirir. Azerisport.az xəbər verir ki, təlim-məşq toplanışının bu gününə 2 çalışma salınıb.
Komanda dünənki istirahətin ardından məşqə yerli vaxtla 10:30-da start verib. Hər zaman olduğu kimi səhər məşqi fiziki yükləmələrlə keçiç. Belə desək, dünənki istirahət futbolçularla baha başa gəlib. 1 saat 45 dəqiqə davam edən məşqdə futbolçular meydan boyu qurulmuş maneələri dəf edərək, sürət, tüxnika, koordinasiya və fiziki davamlılıq üzərində işləyib.
Heyətdə zədəli futbolçuların olmaması üzləri güldürür. Sadəcə, Muarem Muarem çalışmanı erkən tərk etməli olub. “Zobahan”la yoxlama görüşündə bel nahiyəsinə zərbə alaraq meydanı erkən tərk etməyə məcbur olan türkəsilli Makedoniya vətəndaşı eyni nahiyədə yenə ağrı duyması məşqini yarımçıq saxlamsına səbəb olub.
“Qarabağ”ın ikinci məşqi yerli vaxtla 18:30-a nəzərdə tutulub.
