8 iyul 2012 18:55
Bakı istədiyi qapıçını tapdı (FOTO)
Qapıçı axtarışlarını davam etdirən “Bakı” daha bir qolkiperi ölkəmizə dəvət edib. Azerisport.az xəbər verir ki, “zolaqlılar” bu dəfə Makedoniya yığmasının şərəfini qoruyan Edin Nuredinoski ilə danışıqlara başlayıb.
Makedoniyalı qolkiper artıq tibbi müayinədən də keçib və müqavilənin şərtlərini qəbul edib. Onunla bir illik müqavilə imzalanacaq. Lakin “Bakı” Edinin xidmətindən “Mura” ilə cavab matçında istifadə edə bilməyəcək.
Qeyd edək ki, Edin Nuredinoski hazırda Makedoniya yığmasının əsas qapıçısı hesab olunur. O, 2009-cu ildən çağırıldığı yığmada 14 dəfə forma geyinib.
30 yaşlı qolkiper karyerası ərzində Makedoniyanın “Vardar”, “Sloga”, “Pobeda”, “Cementarnica”, “Milano Kumanovo”, Almaniyanın “ Eintracht” (Braunşvayq) və Cənubi Kiprin “Etnikos” klublarında çıxış edib.
