8 iyul 2012 19:17
Bakı Sloveniyaya nə vaxt yollanacaq?
Azərbaycan kubokunun qalibi, ölkəmizi Avropa Liqasında təmsil edən “Bakı”nın Sloveniyaya nə vaxt yollanacağı bəlli olub. Azerisport.az xəbər verir ki, bu ölkənin Avroliqadakı təmsilçisi “Mura” ilə cavab oyununa hazırlaşan “zolaqlılar” iyulun 10-da yola çıxacaq.
Qeyd edək ki, bu komandalar arasında Bakıda keçirilən oyun 0:0 hesabıyla başa çatmışdı. Cavab görüşü isə ayın 12-də Lendavada keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
