8 iyul 2012 19:34
“Xəzər Lənkəranı keçmək üçün bizə cavab matçında hücum etmək lazımdı”
Estoniyanın “Nomme Kalju” klubunun hücumçusu Kristen Vikmae Avropa Liqasının birinci təsnifat mərhələsindəki rəqibləri – “Xəzər Lənkəran”la oyunlara dair fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, Tallində keçiriləcək cavab matçı öncəsi bunları dilə gətirib:
“İlk matçda oyunumuz çox yaxşı alındı. Biz göstərdik ki, belə bir möhkəm rəqiblə sona kimi döyüşə biləcək səviyyədəyik. Onları öz meydanlarında demək olar ki, 15 min insan dəstəkləyirdi. Amma buna baxmayaraq, biz iki qol vurmağı bacardıq. “Xəzər Lənkəran”la bizim klub arasında elə də böyük fərq yoxdu. Bizim növbəti mərhələyə vəsiqə qazanmaq üçün çox yaxşı şansımız var. Bunun üçün biz ev oyununda hücum etməliyik”.

Qeyd edək ki, “Xəzər Lənkəran”la “Nomme Kalju” arasındakı cavab matçı iyulun 10-da Tallində keçiriləcək və Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.