10 iyul 2012 00:15

Xəzər Lənkəran: davam, ya tamam?

Bu gün Azərbaycan klublarından birinin avrokubok taleyinə aydınlıq gələcək. Azerisport.az xəbər verir ki, UEFA Avropa Liqasında ölkəmizi təmsil edən üç klubdan biri - “Xəzər Lənkəran” birinci təsnifat mərhələsi çərçivəsində Estoniya “Nomme Kalju”su ilə cavab matçına çıxacaq.

Məlum olduğu kimi, “Xəzər Lənkəran” Avropa Liqasında çıxış etmək hüququna Premyer Liqanın gümüş medallarına sahib çıxmaqla yiyələnmişdi. “Ağ-yaşıllar” bu turnirin ilk təsnifat mərhələsində Estoniya təmsilçisi - “Nomme Kalju” ilə mübarizə aparmaq məcburiyyətində qalıb.
 
Məlum olduğu kimi, bu komanda ilə ilk qarşılaşma doğma meydanda keçirildi. Lənkərandakı görüş ərəfəsində “ağ-yaşıllar” aşkar favorit hesab olunurdular. Ən azı ona görə ki, digər iki klubumuz kimi, “Xəzər Lənkəran” da püşk zamanı “səpələnmişlər” səbətindən çıxdığı üçün, rəqibi özünə nisbətən daha zəiflərin – “səpələnməmişlər”in arasından seçilmişdi. Lakin rəqib zəiflər arasından seçilsə də, “Nomme Kalju” hazırda Estoniya çempionatına liderlik edir.
 
Məhz bu üzdən azərbaycanlı futbolsevərlərin hamısı Avroliqadakı bütün klublarımızın ən azı birinci mərhələni keçəcəyinə ümidlidi. Əks halda bu, mərhələ keçə bilməyən klubumuz üçün çox ciddi uğursuzluq kimi qiymətləndiriləcək.
 
Elə “Xəzər Lənkəran” üçün də. Artıq hamıya bəllidi ki, bu komandamız hələ indiyə qədər heç vaxt avrokuboklarda mərhələ keçə bilməyib. Amma “Xəzər Lənkəran” nəhayət bu mövsüm sözügedən həsrətinə son qoya bilər. Bu yolda vaxtilə “Karvan”la UEFA kubokunda tarix yazan Yunis Hüseynovun cənub təmsilçisinə uğur qazandıracağına ümid bəsləyənlər də az deyil.
 
Düzdü, Avroliqa öncəsi bir neçə futbolçu ilə yollarını ayıran mütəxəssis yeni oyunçu almaqda o qədər də maraqlı olmadı. Görünür o, bir-birini nisbətən daha yaxşı anlayan hazırkı heyətə güvənməyə üstünlük verir. Hansı ki, bu mövsüm avrokuboklardan kənarda qalan “Qarabağ” qitə miqyaslı yarışlara məhz bu prinsiplə hazırlaşırdı və bəhrəsini də görürdü. Lakin təbii ki, “Neftçi”dən alınan Ruslan Abışov, yenidən “ağ-yaşıl” formanı geyinməli olan Manuel Skarlatake də Hüseynovun komandasının gücünə güc qatıb.
 
İlk oyuna gəlincə, hamı Lənkəranda keçirilən görüşdə “Xəzər Lənkəran”ın tarix yazmasını gözləyirdi. Belə ki, avrokuboklarda qələbəyə həsrət cənublular bu uğursuz gedişə “Nomme Kalju” üzərində zəfərlə son qoya bilərdilər. Amma 15 minlik azarkeşinin gözü qarşısında rəqibindən xeyli üstün oyun sərgiləməsinə rəğmən, komanda qələbəni əldən verdi. Öncə erkən qola üzülən Hüseynovun yetirmələri tezliklə hesabda önə keçsə də, görüşün sonlarında buraxılan ikinci qol hər şeyin əldən çıxması ilə nəticələndi.
 
Şübhəsiz ki, doğma meydanda xoşagəlməz hesabın qeydə alınması “Xəzər Lənkəran”ın işini çox çətinə salıb. 2:2 hesabı daha çox estonlara sərf edir. Çünki “Nomme Kalju” Tallindəki qarşılaşmada hətta 0:0, 1:1 hesablı heç-heçələr sayəsində də mərhələ adlamaq şansına malikdi. Azərbaycan təmsilçisinə isə qol buraxmamaq şərtilə fərqlənmək vacibdi. Çünki “ağ-yaşıllar” məhz avrokuboklardakı ilk qələbəsini rəsmiləşdərəcəyi halda mərhələ adlaya biləcək. Düzdü, 3:3 və ya da məhsuldar heç-heçələr də cənublulara mərhələ adlamaq şansı yaradacaq. Amma bu, o qədər də inandırıcı variant kimi görünmür.
 
Sonda onu da bildirək ki, avrokuboklarda qazanılan istənilən uğur Azərbaycan UEFA-dakı klub reytinqinə də müsbət təsir göstərir. Belə ki, klublarımızın istənilən qələbəsi ölkəmizə 0,250 reytinq xalı qazandırır. Heç-heçə isə 0,125 xal verir. Hazırda Azərbaycan UEFA reytinqində 53 ölkə arasında 35-cidi və hesabında 6.041 reytinq xalı var ki, onun da 0,500-ü cari mövsümdə qazanılıb. Bundan 0,250 xal “İnter”in, qalanı isə “Bakı” ilə “Xəzər Lənkəran”ın (hərəyə 0,125) payına düşür.
 
Avropa Liqasındakı digər təmsilçilərimiz “Bakı” ilə “İnter”di ki, onlar cavab oyunlarına iyulun 12-də çıxacaqlar. “Xəzər Lənkəran”ın cavab matçını iki gün tez keçirməsi Estoniyada 19 yaşadək futbolçular arasında Avropa çempionatının təşkil olunması ilə əlaqədardı. Avroliqadakı klublarımızla yanaşı Azərbaycanı bu il qitə arenasında ölkə çempionu “Neftçi” də təmsil edəcək. “Ağ-qaralar” daha nüfuzlu Çempionlar Liqasında özünü göstərmək şansına malikdi.
 
Sonda “Xəzər Lənkəran”ın birinci təsnifat mərhələsi üçün iştirak ərizəsini də təqdim edirik. "Ağ-yaşıllar” bu turnirdə 19 futbolçu ilə mübarizə aparmağa üstünlük veriblər.
 
Qapıçılar: Kamran Ağayev, Kamal Bayramov, Orxan Sadıqlı;
Müdafiəçilər: Ruslan Abışov, Elnur Allahverdiyev, Eder Bonfim, Manuel Skarlatake, Radomir Todorov;
Yarımmüdafiəçilər: Elnur Abdullayev, Kamran Abdullazadə, Robert Alviz, Rahid Əmirquliyev, Alim Qurbanov, Adrian Pit, Rikardo Qomeş, Akif Tağıyev, Sadio Tounkara;
Hücumçular: Rendal Brenes, Branimir Subaşiç;
Baş məşqçi: Yunis Hüseynov.
 
Avropa Liqası
1-ci təsnifat mərhələsi (cavab oyunu)
10 iyul
 
20:45. NOMME KALJU - XƏZƏR LƏNKƏRAN
Tallin. Kadriorq stadionu.
Hakimlər: Daq Vidar Hafsas, Sveyn İnge Uiken, Yan Erik Engan, Trond İvar Dovl (hamısı Norveç).
Hakim-inspektor: Yonas Braqa (Litva)
UEFA nümayəndəsi: İonel Piskanu (Rumıniya).
İlk oyun – 2:2.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.