10 iyul 2012 22:36

Xəzər Lənkəran Tallində tarix yazdı (YENİLƏNİB)

Bu gün Avropa Liqasının birinci təsnifat mərhələsinin cavab oyunlarına start verilib. Azerisport.az xəbər verir ki, Azərbaycanı bu turnirdə təmsil edən “Xəzər Lənkəran” da Estoniya “Nomme Kalju”su ilə cavab oyununa məhz bu gün çıxıb.
 
Qeyd edək ki, əslində Avroliqanın ilk təsnifat mərhələsinin cavab oyunları iyulun 12-də keçirilməlidi. Lakin Estoniyada hazırda 19 yaşadək futbolçulardan ibarət yığmalar arasında Avropa çempionatı keçirildiyindən, bu görüş iki gün öncəyə çəkilmişdi.
 
Bu oyuna qədər avrokuboklarda bir dəfə də mərhələ adlaya bilməyən “ağ-yaşıllar” eyni zamanda qələbə üzünə də həsrət idilər. Yunis Hüseynovun rəhbərliyi altında ilk dəfə qitə miqyaslı yarışlarda qüvvəsini sınayan cənub təmsilçisi Lənkəranda tarix yazmaq istəyinə çata bilməmişdi. Amma bütün bu uğursuzluqlara Tallində son qoymaq şansı qalmaqda idi. komandamız ikinci təsnifat mərhələsinə adlamaq üçün bu görüşdə mütləq qələbə qazanmalı, ya da 3:3 və ya daha böyük hesablı heç-heçəyə nail olmalıydı.
 
Amma "Xəzər Lənkəran" məhz qələbə qazanmaqla böyük bir zəfərə imza atdı. Avrokuboklardakı ilk qələbəsini qazanan komanda həm də ilk dəfə mərhələ keçməyə nail oldu. Görünür, bu tarix məhz Tallində yazılmalı imiş.
 
Sonda onu da bildirək ki, bu cütün qalibini ikinci təsnifat mərhələsində "Lech" (Polşa) - "Jetisu" (Qazaxıstan) cütünün qalibi ilə görüş gözləyir. Bu komandaların ilk oyununda polşalılar üstün olublar. Ayın 12-də keçiriləcək cavab matçından sonra böyük ehtimalla "Xəzər Lənkəran"a məhz "Lech" rəqib olacaq. Hansı ki, təmsilçimiz artıq əvvəlki illərdə bir dəfə bu komanda ilə üz-üzə gəlib və uğursuzluqla üzləşib.

Avropa Liqası
1-ci təsnifat mərhələsi (cavab oyunu)
10 iyul
 
NOMME KALJU - XƏZƏR LƏNKƏRAN - 0:2 (0:1)
Qollar: R.Abışov, 40 (0:1), B.Subaşiç, 86 (0:2)
Tallin. Kadriorq stadionu.
Hakimlər: Daq Vidar Hafsas, Sveyn İnge Uiken, Yan Erik Engan, Trond İvar Dovl (hamısı Norveç).
Hakim-inspektor: Yonas Braqa (Litva)
UEFA nümayəndəsi: İonel Piskanu (Rumıniya).
İlk oyun – 2:2
 
NOMME KALJU: 1. Vitali Teleş, 5. Alo Barenqrub (k), 6. Xorxe Rodriqes, 7. Eyno Puri, 8. Yankuba Sisey, 9. Damiano Kvinteri, 10. Oliver Konsa, 11. Kristen Vikmae, 14. Ken Kallaste, 75. Hidetoşi Vakui, 77. Tihon Şişov.
Ehtiyat oyunçular: 96. Kaydo Koppel, 2. Marko Byanki, 3. Andre Kooqas, 15. Yuri Edvokimov, 16. Tanel Melts, 18. Sergey Terexov, 23. Hideaki Takeda.
XƏZƏR LƏNKƏRAN: 1. Kamran Ağayev, 5. Elnur Alllahverdiyev, 6. Robert Alviz, 15. Ruslan Abışov, 7. Sadio Tounkara, 8. Eder Bonfim, 21. Radomir Todorov, 14. Rahid Əmirquliyev (k), 16. Adrian Pit, 27. Adrian Skarlatake, Branimir Subaşiç.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 4. Akif Tağıyev, 10. Elnur Abdullayev, 11. Rendal Brenes, 18. Alim Qurbanov, 42. Kamran Abdullazadə, 81. Rikardo Qomes.
 
Oyun başladı
2. XL ilk hücumunu qurmağa çalışsa da, alınmır
4. Meydan sahiblərinin cərimə zərbəsi uğursuz alınır
5. Oyunu XL-ın fəxri prezidenti Mübariz Mənsimov da stadiondan izləyir
6. Alviz qaydanı pozur
8. Subaşiçin cərimə zərbəsi kornerlə nəticələnir
11. Subaşiçin zərbəsi zamanı Teleş qapısını qoldan xilas edir
13. NK ardıcıl üç künc zərbəsi yerinə yetirir. Kamran çıxışda əla oynayır!
18. Siseyin zərbəsi qapıdan aralı keçir
20. Oyunun tempi çox aşağı düşüb
21. XL cərimə zərbəsi qazanır. Lakin bu, qol gətirmir
22. X.Rodriqes sarı vərəqə ilə cəzalandırılır. O, sürətli əks-hücumun qarşısını alır
25. NK yenə ağıllı oynayır, komandamızı cərimə meydançasına demək olar ki, buraxmır
30. Geridə qalan yarım saat ərzində komandamız heç bir təhlükəli qol vəziyyəti yarada bilməyib
31. NK kornerdən fərqlənə bilmir
32. Əmirquliyev həkim yardımına ehtiyac duysa da, oyuna davam edə biləcək
32. Meydan sahiblərinin çox təhlükəli hücumu zamanı komandamızın bəxti gətirir: rəqib futbolçulardan heç biri təhlükəli asmaya toxuna bilmir
34. Pitin kornerdən ötürməsini qapıya göndərən tapılmır
34. Lənkəranlılar bu epizodda rəqib futbolçunun əllə oynadığını iddia etsələr də, hakimi inandıra bilmirlər
37. Pitin çox təhlükəli zərbəsini Teleş kornerə çıxarır
38. Yenə Pit, yenə korner, yenə uğursuz sonluq...
40. XL hissənin sonlarında təzyiqi artırıb
40. Sisey qaydanı pozur. Komandamız cərimə zərbəsi vuracaq
40. QOOOOOOOOOOOOL! Pitin ötürməsini Abışov başla tora qovuşdurur - 0:1
43. Tounkara sarı vərəqə alır
45. İlk yarıya 1 dəqiqə əlavə olunur
Birinci hissə başa çatdı
Bu hesab "Xəzər Lənkəran"ı növbəti mərhələyə çıxarır. Lakin komandamız hər ehtimala qarşı daha bir qol vurmağa borcludu. Təbii ki, müdafiədə diqqətli olmaq şərti ilə
İkinci hissə başladı
48. Konsanın cərimə zərbəsi zamanı Barenburqun hesabı bərabərləşdirməsinə Kamran mane olur. Təhlükəli baş zərbəsi idi
49. Meydan sahibləri korner zamanı da istəklərinə nail ola bilmirlər
50. Fasilədən sonra NK fəaldı. Bu da başadüşüləndi
51. Pitin təhlükəli cərimə zərbəsi zamanı Teleş komandasını qoldan xilas edir
52. Subaşiçin zərbəsi qapıdan yan keçir
53. Branimir daha bir qeyri-dəqiq zərbə ilə yadda qalır
57. NK yüz faizli qol epizodu yaradır: Ruslan çox təhlükəli hücumun qarşısını alır və özü də zədələnir
58. NK daha bir korner qazanır
59. Kvinteri sarı vərəqə ilə cəzalanır
60. Meydan sahibləri getdikcə daha çox boşluqlar buraxmağa başlayır. XL bundan istifadə etməlidi
61. XL kornerdən yaxşı yararlana bilmir
64. Pitin cərimə zərbəsindən ötürməsini Abışov qapıya göndərə bilmir
65. NK yenə ardıcıl üç korner yerinə yetirir
67. Alvizin zərbəsini Teleş qaytarır
71. Konsa daha bir cərimə zərbəsi yerinə yetirir: yenə Barenqrubun qol vurmaq arzusu gözündə qalır. Amma çox təhlükəli epizod idi
74. Pitin yerinə yetirdiyi cərimə zərbəsi zamanı Tounkara çərçivəni nişan ala bilmir
79. Subaşiçin zərbəsi yenə hədəfdən yan keçir
80. NK daha bir korneri boşa verir
80. Rəqib komandada Purini Evdokimov əvəzləyir
81. Konsanın kornerdən ötürməsi zamanı Kallaste qapıya düşə bilmir
82. Kallastenin qapıya növbəti zərbəsi hədəfdən yan keçir
83. Pitin cərimə zərbəsi kornerlə nəticələnir
84. Tounkaranın əvəzində meydana R.Brenes çıxır
84. Təmsilçimiz kornerdən yaxşı yararlana bilmir
86. QOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOL!!!! Subaşiç Brenesin ötürməsini tora qovuşdurur! - 0:2
87. NK ardıcıl iki korner yerinə yetirir: bəhrəsiz qalır
88. Kvinteri qol vursa da, ofsaydda olduğu bildirilir
88. Subaşiç yerini R.Qomesə verir
90. Kallaste cərimə zərbəsini dəqiq yerinə yetirə bilmir
90. Matçın əsas vaxtına 3 dəqiqə əlavə olunur
90+2. Pitin əvəzində meydana E.Abdullayev çıxır
Matç başa çatdı

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.