8 iyul 2012 11:25
“Bakıda heç kimə asan olmayacaq”
Rusiya futbolunun veteranı Georgi Yartsev azerisport.az saytına müsahibəsində Azərbaycan və Rusiya yığmalarının DÇ-2014-ün seçmə mərhələsində eyni qrupda yer almasından, baş məşqçi postuna namizədlərdən, eləcə də Premyer Liqadakı legioner limiti barədə fikirlərini açıqlayıb.
- Bakıya xoş gəlmisiniz! Sizi DÇ-2012-nin püşkatmasında görməyə şadıq!
- Sağ olun. Çoxdan idi sizdə olmurdum. Sonuncu dəfə hardasa 15 il əvvəl gəlmişdim. Şəhərinizi gördükdən sonra xoş mənada təəccübləndim, köhnədən əsər-əlamət qalmayıb. Bu, tamamilə Avropa üsulu ilə salınmış yeni şəhərdi. Fikrimcə, siz bu turniri yaxşı təşkil etməyi bacaracaqsız. Sizin necə azarkeşlik etdiyinizi hələ unutmamışam.
- Görünür, siz “Spartak”da oynayarkən yerli publika sizə qarşı yaman azarkeşlik edirmiş...
- Şübhəsiz, o vaxt Bakıda hamı “Neftçi”yə azarkeşlik edirdi. Amma başqa komandanın oyunçusu yaxşı fintlər edəndə, fanatlar bunu da diqqətdən kənarda qoymurdular.
- Siz Bakıda qol vurmusuz?
- Yadıma gəlir “Spartak” mənim qolum sayəsində “Neftçi”yə qalib gəlmişdi. Bu, hardasa 1979-cu ildə olmuşdu. Həmin qol mövsümün ilk qolu idi.

- Rusiya yığması DÇ-2014-ün seçmə mərhələsində Azərbaycanla eyni qrupda yer alır. Hazırda isə komandanız baş məşqçisizdi...
- Avropa çempionatı ərəfəsində çoxları düşünürdü ki, komandamız qrupdan birinci yerlə çıxacaq. Çünki biz nisbətən zəif qrupda yer almışdıq. Əfsuslar olsun ki, özünəminlik bizi qrupda saxladı. Bu nəticə hamımızı üzdü. Amma bir məqam da var ki, AÇ-2012-də çıxış edən futbolçulardan əksəri artıq DÇ-2014-ün seçmə mərhələsində olmayacaq.

- Niyə belə hesab edirsiz?
- Fikrimcə, bundan sonrakı baş məşqçi yeni komanda formalaşdıracaq. Belədə, heyət də dəyişəcək. İndiki oyunçulardan əksəri mən 2003-cü ildə baş məşqçi olan dövrdə debüt etmişdilər. Əlbəttə, bu, yığmamız üçün yaxşı dövr deyil. Baş məşqçi seçimi çətin məsələdi. Kapello və Qvardiolanın adı çəkilir. Bəs onlarla kim müqavilə bağlayacaq? Rusiya Futbol İttifaqına prezident seçkiləri sentyabr ayında olacaq.

- Sizcə, yığma yerli, yoxsa əcnəbi məşqçiyə tapşırılmalıdı?
- Əsas odu ki, komandaya faydalı olsun. Mən ümumilikdə yerli mütəxəssisin tərəfdarıyam. Milliyə yeni qan lazımdı.
- Oktyabrda Azərbaycanı Rusiya ilə səfər oyunu gözləyir. Siz bu oyundan nə gözləyirsiz?
- Oyuna proqnoz vermək istəmirəm. Azərbaycanla DÇ-2010-un seçmə mərhələsindəki oyunları yaxşı xatırlayıram. Komandanız evdə güclü oyun sərgiləyir. Tribunaların dəstəyi də öz sözünü deyir. Üstəlik Berti Foqtsun nizam-intizamı da hiss olunur. Bizim yığmanın heyətində isə bu oyun üçün ciddi dəyişiklik gözləməyin.

- Qrupumuzda Portuqaliya, İsrail, Şimali İrlandiya və Lüksemburqun da olduğunu nəzərə alsaq, sizin Rusiya və Azərbaycan üçün proqnozlarınız necədi?
- Rusiya AÇ-2012-də zəif qrupa düşəndə hamı deyirdi ki, qrupdan Rusiya ilə Polşa çıxacaq. Amma onların əvəzində pley-offa Çexiya və Yunanıstan çıxdı. Ona görə də şanslardan danışmaq çox çətindi. Bir şey aydındı ki, Bakıda heç kimə asan olmayacaq. Ötən tsikldə Türkiyəni məğlub etməyinizdən xəbərim var. Amma sırf arzuya qalsa, niyə də DÇ-2014-ün seçmə mərhələsinə Azərbaycanla Rusiya çıxmasın?

- Bu yaxınlar federasiya MDB ölkələrindən olan futbolçuların legioner sayılmaması barədə qərar qəbul etdi. Sizin buna münasibətiniz necədi?
- Mən bu qərarın əleyhinəyəm. Bu, yığmamızın və Rusiya futbolunun maraqlarına zərbədən başqa bir şey deyil.