8 iyul 2012 11:42
Bakının potensial rəqibi sınaq matçından məğlub ayrıldı
Avropa Liqasındakı təmsilçimiz “Bakı”nın potensial rəqibi – Bolqarıstan CSKA-sı yoxlama oyunu keçirib. Azerisport.az xəbər verir ki, sofiyalıların rəqibi Rumıniya komandası olub.
Belə ki, “Viitorul Constanta” ilə üz-üzə gələn CSKA görüşdən məğlubiyyətlə ayrılıb. Hesabı 10-cu dəqiqədə məhz bolqarlar açıblar. Amma 20-ci və 45-ci dəqiqədə buraxılan qollar məğlubiyyəti qaçılmaz edib.
Qeyd edək ki, CSKA mübarizəyə birbaşa ikinci təsnifat mərhələsindən başlayacaq. Bu komanda birinci təsnifat mərhələsinin “Bakı” – “Mura” (Sloveniya) cütünün qalibi ilə görüşəcək. İlk oyunda qolsuz heç-heçəyə razılaşmasına baxmayaraq, komandamızın səfərdə mərhələ keçmək şansları qalmaqdadı. Sloveniyada baş tutacaq həmin görüş iyulun 12-nə təsadüf edəcək.
