8 iyul 2012 12:03
Fransa yığmasını Didye Deşam çalışdıracaq
Futbol üzrə Fransa yığmasının yeni baş məşqçisi Didye Deşam olacaq. Azerisport.az xəbər verir ki, bu barədə məlumatı artıq Fransa Futbol Federasiyasının rəsmi saytı da təsdiqləyib.
Belə ki, bu barədə yayılan açıqlamada bildirilir ki, ötən gün FFF prezidenti Deşamla görüş keçirib. Federasiya başçısı ona yığmanın baş məşqçi postunu təklif edib. Tərəflərin ilkin razılığa gəldikləri bildirilir. Lakin Deşamın bu təklifə yekun cavabını qarşıdakı günlərdə verməsi gözlənilir.
Qeyd edək ki, FFF Deşama iki illik müqavilə təklif edib. O, bir neçə gün öncə “Olympique” (Marsel) klubu ilə yollarını ayırmışdı. Loran Blanın yığmadan gedişindən dərhal sonra Deşamın səbəbsiz yerə klubundan ayrılmasının məhz milliyə gəlişi ilə bağlı olduğu bildirilsə də, o, bunu öncə təkzib etmişdi.
