8 iyul 2012 00:17
Qəbələ yeni baş məşqçisi ilə hazırlıqlara başladı (FOTO)
"Qəbələ"nin əvəzedicilərdən ibarət komandası doğma məkanda yeni mövsüm hazırlıqlarını davam etdirir. Azerisport.az xəbər verir ki, yeni baş məşqçi Luis Araqonun rəhbərliyi ilə baş tutan təlim-məşq toplanışına iyulun ilk günlərindən start verilib.
Hazırlıqların birinci - Qəbələ mərhələsi iyulun 13-nə kimi davam edəcək. Təlim-məşq toplanışının ikinci mərhələsi isə 15-29 iyul tarixlərində Bakıda baş tutacaq. Bu müddət ərzində komandanın 5 yoldaşlıq oyunu keçirməsi planlaşdırılır.
