8 iyul 2012 00:28
Villi Sanyol: Azərbaycan üçün bu, mühüm turnirdi
Fransa yığmasının sabiq müdafiəçisi Villi Sanyol azerisport.az saytına müsahibəsində Bakıda keçirilən 17 yaşlı qızlar arasındakı dünya çempionatının püşkatma mərasimindən danışıb, digər sualları cavablayıb.
- Püşkatma mərasimi barədə fikirləriniz necədi?
- Siz əgər təşkilatçılığı nəzərdə tutursunuzsa, hər şey möhtəşəm idi. Fikrimcə, biz möhtəşəm bir şounun şahidi olduq. Hələ uzun müddət yaddaşlarda qalacaq.

- Bəs Fransa yığması üçün püşkün nəticəsini necə qiymətləndirirsiz?
- İstənilən turnirin qrup mərhələsi ilə bağlı bir əsas amil var: mümkün qədər uğurlu başlamalısan. Bax biz də turnirə yaxşı başlasaq, o zaman nəyəsə ümid edə bilərik. Uğursuz start versək, onda çətin olacaq.

- Bu dünya çempionatının Azərbaycanda keçiriləcəyini eşidəndə nə düşündünüz?
- İlk növbədə onu düşündüm ki, özüm üçün tam yeni bir ölkəyə gedirəm. “Bayern”in heyətində çıxış edərkən buna nail ola bilməmişdim. AÇ-96-nın seçmə mərhələsində Azərbaycan və Fransa yığmaları eyni qrupa düşəndə isə mən sadəcə millidə oynamağı arzulaya bilərdim. Amma belə yeni ölkələrdə olmağı çox xoşlayıram. Fransada çoxlu azərbaycanlı yaşayır. Onlardan da bu ölkə barədə nəsə öyrənmək olur. Bu, Azərbaycan üçün çox mühüm turnirdi. Bu, ölkənin belə böyük turnirləri keçirməyə nə dərəcədə qadir olduğunu göstərəcək.

- Hələ Bakı ilə tanış olmaq imkanı qazanmamısız?
- Düzdü, bunun üçün çox vaxtım olmayıb. Amma bütövlükdə, Bakını çox bəyəndim. Dərhal hiss olunur ki, inkişafda olan şəhərdi.

- Fransanın əsas yığması barədə danışmaya bilmərik...
- Bəli, təəssüf ki...
- Belə başa düşdük ki, yığmanızın AÇ-2012-dəki çıxışından narazı qalmısız?
- 1/4 finala çıxdıqdan sonra turniri tərk etməyi heç kim istəməz. Əslində mənə kiminsə işini tənqid etmək o qədər də xoş deyil. İndi bizə sadəcə bu səhvlərdən nəticə çıxarmaq lazımdı.

- Deyilənə görə, Fransa yığmasını Zinədin Zidan çalışdıra bilər...
- İlk dəfədi bunu eşidirəm. Zizu böyük futbolçu olub. Bunu onunla oynayan hər kəs təsdiqləyə bilər. Amma biz baş məşqçi seçimində tələsməməliyik.
- Bəs siz özünüzü məşqçilikdə sınamaq istəmirsiz?
- Hazırda bunu istəmirəm.
- Hazırda bunu istəmirəm.
- Niyə?
- Ehtiyac duymuram. Mən Fransa Futbol Federasiyasındakı postumdan razıyam. Mənə gənclər və qadın futbolunu həvalə ediblər. Ona görə də hələ məşqçilik barədə düşünmürəm.

- Amma oyunçu karyeranızı çox tez bitirdiniz...
- Bəli, bu, dörd il öncə baş tutdu – 2008-də. O vaxt 31 yaşım vardı. Amma təəssüflənmirəm. Hər halda meydanda olduğum illərdə çoxlu uğurlar qazanmışam.