8 iyul 2012 00:46
Böyükağa Hacıyev: Neftçi düzgün yoldadı
Azərbaycan çempionu “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev Rumıniyanın “Dinamo” (Buxarest) klubu ilə yoxlama oyunlarını şərh edib. Azerisport.az saytına müsahibəsində “ağ-qaralar”ın çalışdırıcısı 2:0 hesablı qələbə qazandıqları görüşlə bağlı bunları dilə gətirib:
“Şadıq ki, bu oyunda qələbə qazana bildik. Bu qələbə “Zestafoni” ilə Çempionlar Liqasındakı oyunlarımız öncəsi az əhəmiyyət daşımır. Bu, eyni zamanda həmin oyunlara daha yaxşı hazırlaşmağımıza da kömək edəcək. Qarşıdakı sınaq matçlarında da qələbə qazanmağı düşünürük. “Neftçi” düzgün yoldadı”.