8 iyul 2012 00:54
Qarabağ Super Liqa klubu ilə üz-üzə
“Qarabağ” Qızılcahamamda təlim-məşq toplanışını davam etdirir. Azerisport.az xəbər verir ki, hazırlığın ötən günü istirahətlə başa çatıb.
İranın “Zobahan” klubu ilə qarşılaşan ağdamlıların baş məşqçisi Qurban Qurbanov futbolçulara Ankaraya yollanmağa və şəhəri gəzməyə imkan yaradıb. Bu gündən isə komanda yenidən 2 dəfə olmaqla hazırlıqlarını davam etdirəcək.
Bu arada “Qarabağ”ın birinci təlim-məşq toplanışı zamanı keçirəcəyi 3-cü yoxlama görüşündəki rəqibi müəyyənləşib. Xəbər verdiyimiz kimi, iyulun 11-də Cənubi Azərbaycan klubu “Traktorsazi” ilə qarşılaşacaq Ağdam klubu iyulun 13-də “Manisaspor”la qarşılaşacaq. İyulun 14-də isə komanda Bakıya qayıdacaq.
