9 iyul 2012 13:04
Azərbaycan klubu rumıniyalı hücumçudan imtina etdi
Azərbaycan klublarından biri rumıniyalı hücumçu Aleksandr İonitsadan imtina edib. Azerisport.az xəbər verir ki, bu barədə Almaniya mətbuatı məlumat yayıb.
Belə ki, İonitsanın xidmətində klublarımızdan biri maraqlı imiş. Lakin son anda paytaxt Bakını təmsil edən həmin klub bu transferdən vaz keçib.
Qeyd edək ki, İonitsa son mövsümü Buxarest “Rapid”ində icarə əsasında keçirib. O, müqavilə ilə Almaniyanın “Cologne” klubuna məxsusdu.
