9 iyul 2012 00:56
Barcelonanın futbolçusu Çin klubuna keçdi
İspaniyanın "Barcelona" klubunun yarımmüdafiəçisi Seydu Keyta komandası ilə yollarını ayırıb. Azerisport.az xəbər verir ki, o, bundan sonra karyerasını Çində davam etdirəcək.
Belə ki, Mali millisinin orta sahə oyunçusu Çinin "Dalian Aerbin" klubuna transfer olunub. Artıq 32 yaşlı futbolçu ilə 2,5 illik müqavilə imzalanıb.
Qeyd edək ki, 2008-ci ildən "Barcelona"da çıxış edən Keyta keçirdiyi 119 oyunda 16 qola imza atmışdı.
