9 iyul 2012 13:36
Millimiz Bolqarıstan yığması ilə Qəbələdə qarşılaşacaq
Sabah - iyulun 10-da 17 yaşadək qızlardan ibarət Azərbaycan və Bolqarıstan yığmaları arasında yoldaşlıq oyunu keçiriləcək. Azerisport.az xəbər verir ki, qarşılaşma Qəbələ şəhərində təşkil olunacaq.
AFFA-nın yaydığı məlumata görə, oyun saat 18:00-da başlayacaq.
Bu komandalar arasında daha bir yoldaşlıq görüşü iyulun 12-də, eyni vaxtda və məkanda keçiriləcək.
