11 iyul 2012 01:38

Avroliqada ilk xoşbəxtlər müəyyənləşdi (YENİLƏNİB)

Futbol üzrə UEFA Avropa Liqasında birinci təsnifat mərhələsinin cavab oyunlarına start verilib. Azerisport.az xəbər verir ki, Azərbaycan klublarının da mübarizə apardığı turnirin dörd oyunu məhz bu gecə baş tutub.
 
Qeyd edək ki, əslində ilkin təsnifat mərhələsinin cavab görüşləri iyulun 12-də keçirilməliydi. Lakin bəzi iştirakçılar qarşılıqlı razılıq əsasında öz oyunlarını iki gün öncəyə keçirmişdilər. Bunlardan biri də Azərbaycan təmsilçilərindən “Xəzər Lənkəran”ın Estoniya “Nomme Kalju”su ilə səfər matçı idi. Hansı ki, bu ölkədə keçirilən 19 yaşlılar arasında Avropa çempionatının oyunları ilə əlaqədar ertələnmişdi.
 
Beləliklə, bu cavab görüşlərindən sonra artıq ikinci təsnifat mərhələsinə adlayan dörd klubun adı bəllidi. Xoşbəxtlikdən "Elfsborg", "Tirana" və "Portadown"un yer aldığı siyahıda Azərbaycan təmsilçisinin də adı var. Ümid edək ki, "Xəzər Lənkəran"ın açdığı uğurlu cığırla digər klublarımız da irəliləyə biləcəklər.
 
Azərbaycan Avroliqada “Xəzər Lənkəran”dan əlavə daha iki klubla təmsil olunur – “Bakı” və “İnter”. Bu klublarımızın cavab görüşləri isə iyulun 12-də baş tutacaq.
 
Avropa Liqası
1-ci təsnifat mərhələsi (cavab oyunları)
10 iyul
 
Floriana (Malta) - Elfsborg (İsveç) - 0:4 (ilk oyun 0:8)
 
Grevenmacher (Lüksemburq) - Tirana (Albaniya) - 0:0 (0:2)
 
Nomme Kalju (Estoniya) - XƏZƏR LƏNKƏRAN (AZƏRBAYCAN) - 0:2 (2:2)
 
Portadown (Şimali İrlandiya) - Shkendija (Makedoniya) - 2:1 (0:0)
 
12 iyul
 
17:00. Jetısu (Qazaxıstan) - Lech (Polşa) (0:2)
19:00. Ordabası (Qazaxıstan) - Jagodina (Serbiya) (1:0)
19:00. Metallurg (Rustavi, Gürcüstan) - Teuta (Albaniya) (3:0)
19:00. Shirak (Ermənistan) - Rudar (Monteneqro) (1:0)
20:00. Aktobe (Qazaxıstan) - Torpedo (Kutaisi, Gürcüstan) (1:1)
20:00. Gandzasar (Ermənistan) - Streymur (Farer adaları) (1:3)
20:00. Metallurg (Skopye, Makedoniya) - Birkirkara (Malta) (2:2)
20:30. Celik (Monteneqro) - Borac (Bosniya və Herseqovina) (2:2)
21:00. Daugava (Latviya) - Suduva (Litva) (1:0)
21:00. Gomel (Belarus) - Vikingur (Farer adaları) (6:0)
21:00. Şiauliai (Litva) - Levadia (Estoniya) (0:1)
21:00. İNTER (AZƏRBAYCAN) - Trans (Estoniya) (5:0)
21:00. Jeunesse (Lüksemburq) - Olimpija (Sloveniya) (0:3)
21:00. Metallurg (Lieapaya, Latviya) - La Fiorita (San Marino) (2:0)
21:30. MYPA (Finlandiya) - Cefn Druids (Uels) (0:0)
21:30. Zimbru (Moldova) - Bangor City (Uels) (0:0)
22:00. Kalmar (İsveç) - Cliftonville (Şimali İrlandiya) (0:1)
22:00. Rosenborg (Norveç) - Crusaders (Şimali İrlandiya) (3:0)
22:00. Stabek (Norveç) - JJK (Finlandiya) (0:2)
22:30. Senica (Slovakiya) - MTK (Macarıstan) (1:1)
22:30. Hibernians (Malta) - Sarajevo (Bosniya və Herseqovina) (2:5)
22:30. Llanelli (Uels) - Kuopio (Finlandiya) (1:2)
22:30. Runavik (Farer adaları) - Differdange (Lüksemburq) (0:3)
22:30. UE Santa Coloma (Andorra) - Twente (Hollandiya) (0:6)
22:30. Eschen/Mauren (Lixtenşteyn) - Hafnarfyordur (İslandiya) (1:2)
23:00. Zeta (Monteneqro) - Punik (Ermənistan) (3:0)
23:00. Mura (Sloveniya) - BAKI (AZƏRBAYCAN) (0:0)
23:00. Celje (Sloveniya) - Dacia (Moldova) (0:1)
23:00. Osijek (Xorvatiya) - FC Santa Coloma (Andorra) (1:0)
23:30. Libertas (San Marino) - Renova (Makedoniya) (0:4)
23:30. Honved (Macarıstan) - Flamurtari (Albaniya) (1:0)
23:30. Tor Akureyri (İslandiya) - Bohemians (İrlandiya) (0:0)
00:30. İBV (İslandiya) - Sent-Patriks (İrlandiya) (0:1)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.