12 iyul 2012 22:50
İnter Transı Bakıda da məğlub edib, növbəti mərhələyə adladı (YENİLƏNİB)
Bu gün Avropa Liqasının birinci təsnifat mərhələsinin cavab oyunları baş tutub. Azerisport.az xəbər verir ki, Azərbaycanı bu turnirdə təmsil edən “İnter”in də ilk turdan sonrakı taleyinə aydınlıq gəlib.
Komandamızın rəqibi Estoniya çempionatının ortabablarından olan “Trans” klubu idi. “Bankirlər” bu rəqiblə ilk görüşdə demək olar ki, cütün taleyini həll etmişdilər. 5:0 hesablı darmadağınla növbəti mərhələyə vəsiqəni böyük ölçüdə həll edən Kaxaber Tsxadadzenin yetirmələri cavab oyununda sadəcə reytinq xatirinə qələbə qazanmaq arzusunda idilər. Onlar bu istəklərinə çatıblar. Hər hissədə vurulan bir qol ardıcıl ikinci qələbəni rəsmiləşdirmək üçün yetərli olub.
Qeyd edək ki, “İnter” növbəti mərhələdə Yunanıstanın “Asteras” klubu ilə qarşılaşmalı olacaq.
Avropa Liqası
1-ci təsnifat mərhələsi (cavab oyunu)
12 iyul
İNTER - TRANS - 2:0 (1:0)
Qollar: S.Georgiyevski, 22 (1:0), N.Hacıyev, 86 (2:0)
Bakı. "Dalğa Arena".
Hakimlər: Kevin Klensi, Ceyms Bi, Stüart Stevenson, Brayan Kolvin (hamısı Şotlandiya).
İlk oyun – 5:0.
İNTER: 74. Revaz Tevdoradze, 4. Valeri Abramidze, 5. Slavço Georgiyevski, 10. Georgi Adamiya, 11. Asif Məmmədov, 15. Vladimir Levin (k), 20. Bryus Abdulay, 21. Arif Daşdəmirov, 25. İbraima Niasse, 28. Baçana Tsxadadze, 77. Ruslan Əmircanov.
Ehtiyat oyunçular: 96. Elşən Poladov, 6. Samir Zərgərov, 8. Nizami Hacıyev, 9. Daniel Genov, 14. Petar Zlatinov, 18. İliya Kandelaki, 23. Tales Şütz.
TRANS: 33. Vladimir Malkov, 5. Sergey Kazakov, 7. Vitali Qusev, 8. Dmitri Medetski, 9. Maksim Qruznov, 10. Aleksandr Abramenko, 11. Sergey Leontoviç, 14. Erik Qriqoryev, 15. Stanislav Kitto (k), 17. Aleksandr Alekseyev, 22. Aleksey Kuplov-Oqinski.
Ehtiyat oyunçular: 4. İqor Ovsyannikov, 20. Dmitri Borisov, 21. Vitali Kutuzov.
Oyun başladı
2. İlk qayda pozuntusu "İnter"dən gəlir
3. "Trans"ın cərimə zərbəsi zamanı Əmircanov yaxşı oynayır
3. Georgiyevski Daşdəmirova əla ötürmə versə də, Arif qapıçı ilə mübarizədən qalib ayrıla bilmir
6. Adamiya cinah ötürməsini qapıya göndərə bilmir
9. "İnter"dən daha bir təhlükəli hücum: amma Baçananın son zərbəsi dəqiq alınmır
12. Georgiyevskinin zərbəsi qapıdan yan keçir
15. "İnter" oyuna tam nəzarət edir
20. "Trans" meydan sahiblərinin hücumlarını mərkəzdə qarşılamağa çalışır
22. A.Məmmədovun əla ötürməsini Slavço qapıya ünvanlayır - 1:0
23. Alekseyevin zərbəsini Tevdoradze tutur
25. "İnter" qoldan sonra hücumlarını davam etdirir
30. Tsxadadzenin zərbəsi hədəfdən yan keçir
32. Adamiyanın təhlükəli cərimə zərbəsini Malkov qaytarır
33. Medetskinin zərbəsini Tevdoradze dəf edir
35. Əmircanovun zərbəsi qapıdan aralı keçir
40. Əmircanovun növbəti zərbəsini bu dəfə Malkov qaytarır
42. Adamiyanın zərbəsi dəqiq olmur
43. Tsxadadze də dəqiq zərbə vura bilmir
Birinci hissə başa çatdı
İkinci hissə başladı
48. Adamiyanın zərbəsi müdafiəçilərdən dönür
48. Tsxadadzenin zərbəsini qapıçı qaytarır
50. Levinin zərbəsini Malkov dəf edir
50. Adamiyanın künc nöqtəsindən göndərdiyi topu Levin çərçivəyə daxil edə bilmir
53. "İnter" daha bir korner vurur: yenə Adamiyanın ötürməsinə bu dəfə Daşdəmirov dəqiq zərbə vura bilmir
57. A.Məmmədovun zərbəsi qapıdan yan keçir
57. Qruznovun zərbəsini Borisov dəf edir
59. "İnter" daha bir korneri boşa verir
60. Tsxadadzeni Şütz əvəzləyir
61. Şütz meydana çıxan kimi çox təhlükəli zərbə ilə yadda qalır: Malkov yerindədi
62. "İnter"in üç ardıcıl korneri uğursuz alınır
64. Əmircanovun möhtəşəm zərbəsi qapı dirəyinə tuş gəlir
70. Oyunun tempi xeyli aşağı düşüb
74. Slavçonun ikinci qola sevinməsinə son anda Malkov mane olur
75. "İnter" növbəti korneri boşa verir
77. Adamiyanı N.Hacıyev əvəzləyir
81. "İnter" üçün növbəti 2 korner: bu dəfə də qolsuz
83. Georgiyevskinin zərbəsi qapıdan aralı keçir
84. Qusevin əvəzində meydana Ovsyannikov çıxır
86. Şützün ötürməsini Nizami qolla tamamlayır - 2:0
86. A.Məmmədovu Genov əvəzləyir
88. Şützün zərbəsi hədəfdən yan keçir
89. Leontoviçin əvəzində meydana Kutuzov çıxır
90+1. Genovun zərbəsini Malkov dəf edir
90+2. "İnter"in növbəti kornerini Nizami qola çevirə bilmir
Matç başa çatdı
