13 iyul 2012 00:50

Bakı Avropa Liqası ilə erkən vidalaşdı (YENİLƏNİB)

Bu gün Avropa Liqasının birinci təsnifat mərhələsinin cavab oyunları baş tutub. Azerisport.az xəbər verir ki, Azərbaycanı bu turnirdə təmsil edən “Bakı”nın da ilk turdan sonrakı taleyinə aydınlıq gəlib.
 
Komandamızın rəqibi Sloveniya təmsilçisi “Mura” idi. Bakıda keçirilən ilk oyunda “zolaqlılar” ümidləri doğrulda bilməmişdilər. Belə ki, hamının qələbə gözlədiyi Novruz Əzimovun yetirmələri qolsuz heç-heçəyə razılaşmışdılar. Halbuki, bir müddət öncə keçirdikləri yoxlama matçında “Bakı” bu rəqibini 4 cavabsız qolla məğlub etmişdi.
 
Bu üzdən də “zolaqlılar” hər şeyə səfər oyununda aydınlıq gətirməli idilər. İlk oyunun qolsuz başa çatması müəyyən mənada Azərbaycan təmsilçisinin də işinə yarayırdı. Çünki komandamız istənilən qollu heç-heçə sayəsində də mərhələ adlaya biləcəkdi. Lakin çox təəssüf ki, komandamız bu vəzifənin də öhdəsindən gələ bilməyib. Hər hissəyə bir qol vuran sloveniyalılar "Bakı"nı mübarizədən kənarlaşdırıblar.
 
Qeyd edək ki, bu cütün qalibini ikinci təsnifat mərhələsində Bolqarıstanın CSKA (Sofiya) klubu ilə duel gözləyir.
 
Avropa Liqası
1-ci təsnifat mərhələsi (cavab oyunu)
12 iyul
 
MURA - BAKI - 2:0 (1:0)
Qollar: Eteroviç, 26 (1:0), Fayiç, 83 (2:0)
Lendava. “Sportni Park” stadionu.
Hakimlər: Atanassios Qyakos, Mixael Karsiotis, Dimitris Tatsis, Stavros Tritsonis (hamısı Yunanıstan).
(İlk oyun – 0:0)
 
MURA: 1. Filip Drakoviç, 5. Fabian Çipot, 6. Leon Sreş, 9. Damyan Bohar, 11. Leon Horvat, 13. Denis Kramar, 18. Erik Yanja, 21. Nino Kouter, 25. Draqan Yeliç, 32. Mate Eteroviç, 90. Matiç Maruşko.
Ehiyat oyunçular: 12. Tadey Çipot, 7. Alen Kozar, 10. Andrey Lotriç, 17. Nusmir Fayiç, 20. Mitya Botyak, 23. Rok Qruskovnyak, 24. Denis Barbiç.
BAKI: 16. Aqil Məmmədov, 2. Edemir Rodriqes, 3. Denis İvanov, 6. İbrahim Karqbo, 7. Deyvidas Çesnauski, 8. Juninyo, 11. Elvin Məmmədov (k), 24. Nenad Kovaçeviç, 27. Georgi Popxadze, 36. Uinston Parks, 99. Rəhman Hacıyev.
Ehiyat oyunçular: 1. Xalidu Sissoko, 5. Duje Bakoviç, 10. Lukas Horvat, 15. Cəmşid Məhərrəmov, 19. Nurlan Novruzov, 23. Maris Verpakovski, 77. Aleksandr Şoliç.
 
Oyun başladı
3. "Bakı" ilk dəqiqələrdən fəallıq nümayiş etdirir
5. Amma qapıya ilk zərbə rəqib futbolçudan - Eteroviçdən gəlir
9. Komandamızın ilk korner vuruşu: Elvinin ötürməsini qapıya göndərən tapılmır
14. Juninyonun təhlükəli zərbəsini Darkoviç kornerə çıxarır
14. "Bakı"nın növbəti korneri: Juninyonun ötürməsini qola çevirən tapılmır
19. Juninyonun cərimə zərbəsindən ötürməsini Rodriqes qapıya ünvanlaya bilmir
21. Eliçin zərbəsi qapıdan yan keçir
25. Meydanda sönük oyun getsə də, üstünlük tam olaraq "Bakı"nın tərəfindədi
26. Eliçin ötürməsini Eteroviç qola çevirir - 1:0
28. Juninyonun kornerdən ötürməsini Popxadze qapıya göndərə bilmir
29. "Bakı"da erkən əvəzləmə: R.Hacıyevin əvəzində meydana Şoliç çıxır
30. Kovaçeviç sarı vərəqə alır
31. Parks qapıya normal zərbə vura bilmir
33. Şoliçin qapıya zərbəsini qapıçı dəf edir
36. Elvinin kornerdən ötürməsini qolla tamamlayan tapılmır
37. Eteroviçin növbəti qolu vurmasına Aqil mane olur
38. Elvinin kornerdən ötürdüyü topu Şoliç qapıya yönəltsə də, zərbəsi dəqiq deyil
43. Juninyonun zərbəsi müdafiəçilərə dəyib kornerə çıxır
43. Juninyonun kornerdən ötürməsini dəyərləndirən tapılmır
44. Şoliçin cərimə zərbəsi uğursuz alınır
45. Elvinin cərimə zərbəsi də oxşar sonluqla başa çatır
Birinci hissə başa çatdı
İkinci hissə başladı
46. "Bakı" ikinci hissəyə uğursuz korner vuruşu ilə başlayır
48. Popxadzenin zərbəsini qapıçı dəf edir
50. Rəqib komandada Eliçi Fayiç əvəzləyir
52. Elvinin kornerdən ötürməsini Juninyo qapıya vursa da, Drakoviç yenə keçilməzdi
55. "Bakı" ikinci hissəyə də fəal başlayıb. Amma "Mura"nın qapısına yol tapmaq hələ ki, komandamız üçün mümkünsüzdü
59. İvanov sarı vərəqə ilə cəzalanır
60. Elvinin cərimə zərbəsi kornerlə nəticələnir
61. "Bakı"nın çoxsaylı künc zərbələrindən daha biri uğursuz tamamlanır
62. Juninyonun qapıya yol tapmaq cəhdi faydasız qalır
64. Elvinin künc nöqtəsindən göndərdiyi topu tora qovuşduran kimsə yoxdu
65. Fayiç sarı vərəqə ilə cəzalanır
68. Elvinin qapıya zərbəsi müdafiəçilərdən dönür
70. Çipot sarı vərəqə alır
72. E.Məmmədov yerini M.Verpakovskiyə buraxır
74. Çesnauski sarı vərəqə alır
75. Çesnauskinin zərbəsini qapıçı qaytarır
76. Çesnauskinin növbəti cəhdi: yenə Drakoviç yerindədi
79. Juninyonu Nurlan Novruzov əvəzləyir
80. "Bakı"ya mərhələ keçmək üçün cəmi 1 qol lazımdı. Amma komandamız çox təəssüf ki, bu vacib qolu vurmağı bacarmır
80. "Mura"da Sreşi Qruskovnyak əvəzləyir
83. Eteroviçin cərimə zərbəsini Aqil kornerə çıxarır
83. "Mura" "Bakı"nın saysız hesabsız kornerləri boşa verməsinin qarşılığında qolu necə vurmağın yolunu göstərir: Fayiç topu tora qovuşdurur - 2:0
84. Bu qol "Bakı"nın sonudu desək, yanılmarıq. Çünki çətin "zolaqlılar" iki qol vura bilə
87. Novruzovun zərbəsi qapıdan yan keçir
88. "Mura"da öncə Horvat, ardınca Eteroviç qapıya qeyri-dəqiq zərbələrlə yadda qalırlar
89. Horvatın zərbəsini Aqil dəf edir
90. Qruskovnyak sarı vərəqə ilə cəzalanır
90+1. "Bakı"nın çoxsaylı künc zərbələrindən daha biri ənənəvi sonluqla tamamlanır
90+1. Eteroviçin zərbəsi qapı tirindən dönür
90+2. Kouterin əvəzində meydana Botyak çıxır
Matç başa çatdı

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.