11 iyul 2012 01:19

210 dəqiqəyə qol vura bilməyən komandaların taleyini penaltilər müəyyənləşdirdi (YENİLƏNİB)

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında birinci təsnifat mərhələsinin cavab oyunlarına yekun vurulub. Azerisport.az xəbər verir ki, qitənin ən nüfuzlu klub turnirinin ilkin təsnifat mərhələsində cəmi altı klub mübarizə aparırdı.
 
Cırtdan ölkə təmsilçiləri ikinci təsnifat mərhələsinə adlayacaq ən güclü üç klubun adına aydınlıq gətirməliydilər. Hər üç görüş eyni gündə baş tutub. Maraq üçün xatırladaq ki, artıq iki cütdə növbəti mərhələyə kimin adlayacağı elə ilk görüşlərdən sonra məlum idi. Belə ki, "Dudelange" doğma meydanda keçirilən ilk oyunda "Tre Penne"yə 7, "Valletta" isə "Lusitanos"a 8 cavabsız qol vurmuşdu. Ona görə də, bu komandalar arasındakı cavab matçında heç bir möcüzə gözlənilmirdi. İlk oyundan qolsuz ayrılan “Torshavn”la “Linfield”in duelinin necə başa çatacağı isə maraqla gözlənilirdi. Nə qədər qəribə olsa da, cavab matçında da 90 dəqiqə qolsuz tamamlandı. Hələ üstəlik əlavə vaxtda da qalibi müəyyənləşdirə bilməyən tərəflər penalti zərbələrinə müraciət etməli oldular. Bu zərbələri daha dəqiq yerinə yetirən irlandlar növbəti mərhələyə yüksəlməyə nail oldular.
 
Maraq üçün bildirək ki, “Dudelange” ikinci təsnifat mərhələsində “Salzburg”la (Avstriya), “Valletta” Serbiya “Partizan”ıyla, “Linfield” isə AEL (Kipr) ilə qarşılaşacaq.
 
Azərbaycanı isə ÇL-in yeni mövsümündə ölkə çempionu “Neftçi” təmsil edəcək. “Ağ-qaralar” mübarizəyə ikinci təsnifat mərhələsindən qoşulacaq və Gürcüstan çempionu “Zestafoni” ilə qarşılaşacaq. Həmin görüşlər iyulun 17-də və 24-də keçiriləcək.
 
Çempionlar Liqası
1-ci təsnifat mərhələsi (ilk oyunlar)
10 iyul
 
Torshavn (Farer adaları) - Linfield (Şimali İrlandiya) - 0:0 (penaltilərlə 3:4) (0:0)
 
Lusitanos (Andorra) - Valletta (Malta) - 0:1 (0:8)
Qol: Conatan, 16.
 
Tre Penne (San Marino) - Dudelange (Lüksemburq) - 0:4 (0:7)
Qollar: Yoahim, 29; 34, Benzouyen, 41, Qomes, 45+1.

 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.