9 iyul 2012 14:48

Tihon Şişov: XL rəhbərliyinə sözümü meydanda deyəcəyəm

Estoniyanın “Nomme Kalju” klubunun müdafiəçisi Tihon Şişov azerisport.az saytına müsahibəsində Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində “Xəzər Lənkəran”a qarşı keçirdikləri ilk oyundan (2:2) danışıb, eləcə də cavab görüşü ilə bağlı fikirlərini açıqlayıb.
 
- Lənkərandakı oyundan sonra üstünlük komandanızın tərəfindədi?
- Mən belə deyərdim: Yenə də “Xəzər Lənkəran” diqtə edən tərəf olacaq. Bizə isə yenə çətin olacaq.
 
- Tallinə 2:2 hesabı ilə qayıdacağınızı gözləyirdiniz?
- Gözləyirdik ki, çətin olacaq. Hücumdan daha çox müdafiə haqda düşünəcəyimiz aydın idi. Amma hər şeyə rəğmən, müsbət nəticəyə də ümid edirdik. Hesab edirəm ki, qollu heç-heçə bizim üçün çox yaxşı nəticədi.
 
- “Xəzər Lənkəran”ın bütün futbolçuları bəxtsizlikdən gileylənirdilər. Yəqin ki, onların şərhləri ilə tanış olmusuz...
- Bəli, izləmişəm. “Xəzər Lənkəran”ın bizdən daha çox qol vurması üçün kifayət qədər qol epizodları oldu. Amma bizə bəxtin və ya ustalığın kömək etdiyini dəqiq söyləyə bilmərəm.

- Sizi Lənkəranda necə qarşıladılar?
- Oyundan öncə keçmiş komanda yoldaşlarımla söhbət etdim. Onlardan elə də çox qalmayıb. Dörd futbolçu ilə rastlaşdım. Azarkeşlər də məni isti qarşıladılar, xoşagəlməz heç nə olmadı. Unutmamaları çox xoş idi.

- Amma “Xəzər Lənkəran” rəhbərliyi ilə münasibətləriniz o qədər də isti deyil. Onların sizə olan borcunun nə qədər olduğunu deməzsiz?
- Bunu açıqlamayacağam. Mənim komandayla, azarkeşlərlə yaxşı münasibətim var. Sadəcə rəhbərliklə belə vəziyyət yaranıb.

- Bu məsələni elə-belə qoymaq fikrindəsiz?
- Planım var ki, iş açım. Proses davam edir.
 
- Deyə bilərsiz, bu problem necə yarandı?
- Bilmirəm orda maliyyə məsələləri ilə kim məşğul olur. Heç onun kimliyi məni maraqlandırmır da. Sadəcə, mənim onlarla müqaviləm var idi və bunun şərtlərinə əməl olunmalı idi. Amma rəhbərlik buna əməl etmədi. Onların niyə belə etməsinin səbəbi isə hələ də mənə qaranlıqdı.
 
- Bütün bunlar sizi “Xəzər Lənkəran”la oyunlara ikiqat köklənməyə vadar etmir ki?
- Etiraf edim ki, mənimlə ədalətsiz davrandıqlarını isbatlamaq istəyim var.
 
- Sizin Estoniya klubundan aldığınız maaş Lənkərandakı qazancınızdan çoxmu fərqlənir?
- Sadəcə onu deyim ki, fərq var.

- Əgər “Nomme Kalju” növbəti mərhələyə vəsiqə qazansa, ürəyinizi açacaqsız?
- Nə deyə bilərəm ki? Mənim “Xəzər Lənkəran” rəhbərliyinə deyəcəyim meydanda görünəcək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.