9 iyul 2012 15:27
Neftçi Dinamo ilə oyuna ehtiyat heyətlə çıxacaq
Azərbaycan çempionu “Neftçi” bu gün Avstriya toplanışı çərçivəsində növbəti sınaq matçına çıxacaq. Azerisport.az xəbər verir ki, “ağ-qaralar”ın rəqibi Kiyev “Dinamo”su (Ukrayna) olacaq.
Paytaxt təmsilçisi “Dinamo” ilə oyuna əsas heyətlə çıxmayacaq. Belə ki, baş məçqçi Böyükağa Hacıyev kiyevlilərlə görüşdə ehtiyat heyətin üzvlərini sınaqdan keçirməyə hazırlaşır.
