9 iyul 2012 15:53
Nomme Kalju Xəzər Lənkəranla oyun öncəsi son məşqə çıxdı (FOTO)
Avropa Liqasının birinci təsnifat mərhələsində Azərbaycan təmsilçisi “Xəzər Lənkəran”ın rəqibi olan Estoniyanın “Nomme Kalju” klubu bu gün oyun öncəsi son məşqə çıxıb. Azerisport.az xəbər verir ki, Tallin klubu mətbuat və azarkeşlər üçün açıq məşq edib.
Bu məşq prosesi oyunun keçiriləcəyi “Kadriorq” arenasında gerçəkləşib. Məşq saat yarım davam edib. Hazırlıq prosesində daha çox topla davranışa üstünlük verilib.
Qeyd edək ki, “Nomme Kalju” – “Xəzər Lənkəran” görüşü sabah saat 20:45-də məhz bu arenada baş tutacaq. Bu komandalar arasında iyulun 5-də Lənkəranda keçirilmiş görüş 2:2 hesabıyla başa çatmışdı.
