9 iyul 2012 16:23
FIFA stadionlarımıza baxış keçirdi (FOTOREPORTAJ)
Məlum olduğu kimi, FIFA U-17 qadınlararası dünya çempionatının başlanmasına bir neçə həftə qalır. Azerisport.az xəbər verir ki, bununla əlaqədar çempionata hazırlıq çərçivəsində FIFA nümayəndə heyəti və Yerli Təşkilat Komitəsinin (YTK) nümayəndələri turnirin keçiriləcəyi stadionlara baxış keçirib. Baxış zamanı FIFA və YTK-nın müvafiq mütəxəssisləri yenidənqurma və bərpa işlərinin aparıldığı "Şəfa" və Tofiq Bəhramov adına Respublika stadionunda lazımi təftişlər apararaq müvafiq tövsiyələrini veriblər.
