9 iyul 2012 16:37
İqor Prins: Deməzdim ki, XL qəliz komandadı
Estoniyanın “Nomme Kalju” klubunun baş məşqçisi İqor Prins azerisport.az saytına müsahibəsində Azərbaycanın “Xəzər Lənkəran” komandasına qarşı keçirəcəkləri Avropa Liqasının birinci təsnifat mərhələsinin cavab oyunundan danışıb.
- Cavab oyununa necə hazırlaşmısız?
- Beş günlük fasilədən sonra bizi daha bir çətin oyun gözləyir. Bu, əlbəttə, çox çətin qrafikdi. Özü də çətin bir yol qayıtmışıq. Buna baxmayaraq, bərpa olunduğumuzu düşünürəm. Odu ki, “Xəzər Lənkəran”la oyuna hazırıq.

- Cavab oyununuzdakı taktikanızda dəyişiklik olacaq?
- İlk oyundan fərqli olaraq, hücumda daha fəal ola bilərik. Amma yenə müdafiəyə üstünlük verəcəyik. Rəqibimizin güclü hücum xətti, cinahları var. Bizim hücum etmək variantımız da var. Amma əsas qapımızın toxunulmazlığını qorumaqdı.

- Estoniyaya qayıtdıqdan sonra belə nəticə çıxarmısız ki, “Xəzər Lənkəran” tam keçiləsi rəqibdi?
- Mən deməzdim ki, “Xəzər Lənkəran” qəliz komandadı. Biz bu rəqiblə oyunlarda yolun yarısını getmişik. Düzdü, oyun ərəfəsində bu rəqib barədə ətraflı məlumatımız yox idi. Amma gördük ki, “Xəzər Lənkəran” yaxşı komandadı. Qələbə qazanmaq üçün oyuna yaxşı köklənməliyik.
- “Nomme Kalju” öz oyununu diqtə edəcək?
- Belə deyə bilmərəm. Öz oyununu göstərmək vacibdi. Amma rəqibi də nəzərə almaq lazımdı. Rəqib bizə bu imkanı yaradacaqmı? Sadəcə onu deyə bilərəm ki, müdafiədə otura, hesabı qorumaq haqda düşünə bilmərik. İndi rəqib haqda daha çox bilirəm. Onlar bu dəfə daha hirslidilər. Biz buna hazır olmalıyıq.

- Oyun öncəsi son məşqi niyə səhər həyata keçirdiniz?
- Biz bunun daha yaxşı qərar olduğunu düşündük. Çəytin ki, oyuna qədər daha bir məşq keçə bilək.
- “Nomme Kalju”nun kadr problemi yoxdu ki?
- Xoşbəxtlikdən yoxdu. “Xəzər Lənkəran”a qarşı tam güclə oynayacağıq.