9 iyul 2012 18:36
Nomme Kalju - Xəzər Lənkəran matçında 500 azarkeş
Avropa Liqasının birinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Nomme Kalju” – “Xəzər Lənkəran” matçında 500 azarkeş gözlənilir. Azerisport.az xəbər verir ki, artıq Estoniya klubu rəsmi saytı vasitəsilə azarkeşlərə müraciət də edib.
Lakin onların bu görüşdə hansısa çoxluq təşkil etməsinə inam azdı. Maraq üçün xatırladaq ki, Lənkəranda keçirilən görüşdə 15 min azarkeş matçı stadiondan izləmişdi.
