9 iyul 2012 18:55
Yunis Hüseynov: Nomme Kalju ilə oyun mənim üçün sonuncu olmayacaq
“Xəzər Lənkəran”ın baş məşqçisi Yunis Hüseynov Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Estoniya “Nomme Kalju”suna qarşı keçirəcəkləri cavab matçı öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Düşünmürəm ki, bu matç mənim üçün sonuncu ola bilər. İstefadan və ya işsiz qalmaqdan qorxmağa dəyməz. İstənilən məşqçi belə şeylərlə üzləşə bilər. Azarkeşlərin ümidlərini doğrultmağa çalışacağıq. Bunun üçün isə qələbə qazanmalıyıq”.