9 iyul 2012 19:38
Böyükağa Hacıyev: Onlar əsas heyət üzvlərini əvəzləməyə hər an hazır olmalıdılar
Azərbaycan çempionu “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev bu gün görüşəcəkləri Ukraynanın “Dinamo” (Kiyev) klubuna qarşı yoxlama matçı öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Mən bu matçda əvəzediciləri meydana buraxmaq istəyirəm. Belə ciddi rəqiblə oyunda onları sınaqdan keçirmək fikrim var. Onlar “Dinamo” kimi ciddi komandaya qarşı oynamağa hazır olmalıdılar. Çünki bizi Çempionlar Liqasının oyunları gözləyir. Bu futbolçular istənilən vaxt təcrübəli oyunçularımızı əvəzləməyə hazır olmalıdılar. Əsas heyətimiz isə sabah Zaqreb “Dinamo”suna qarşı oynamalı olacaq”.