9 iyul 2012 20:04

İnterin hazırlıq planı açıqlandı

Ötən mövsümü turnir cədvəlinin 3-cü pilləsində başa vuran “İnter”in əvəzedici komandası iyunun 11-dən etibarən növbəti mövsümə hazırlaşmağa başlayıb. Azerisport.az xəbər verir ki, iyunun 11-dən 23-dək Tofiq Mustafayevin yetirmələri Bakıda məşq ediblər.
 
Mustafayev komandasının hazırlıqları barədə klubun rəsmi saytına danışıb: “11-23 iyun tarixlərində Bakıda təlim-məşq toplanışı keçirdik. Bu müddət ərzində istər “İnter”in Uşaq Gənclər Futbol Məktəbindən, istərsə digər klublardan təqribən 30 yeni futbolçu baxışda oldu. Zabrat stadionunda da, dəniz sahilində də məşq etdik”.
 
İyunun 23-dən iyulun 2-dək “İnter”in əvəzedici heyəti Qusarda təlim-məşq toplanışı keçirdi. 10 gün davam etmiş toplanış özündə fiziki məşğələləri və Tofiq Mustafayevin komandasının 2:0 hesablı qələbəsilə başa çatmış birinci liqanın nümayəndəsi olan yerli “Şahdağ” komandasıyla keçirilən bir yoxlama qarşılaşmasını ehtiva edib.
 
Bakıya qayıtdıqdan sonra iyulun 5-də yenidən bir araya gələn “İnter”  məşq prosesini bərpa edib və toplanış ayın 13-dək davam edəcək. Qeyd edək ki, iyulun 11-də “İnter” birinci liqanın nümayəndəsi olan “Neftçala” komandasıyla yoxlama matçı keçirəcək.
 
İyulun 13-də son təlim-məşq toplanışını keçirmək məqsədilə “İnter” yenidən Qusara yollanacaq. Mustafayev: “Qusara getməyi və yeni mövsümə hazırlığımızı başa vurmağı planlaşdırırıq. Bu toplanışda  taktiki məsələlərə daha çox diqqət ayıracağıq. Bununla da yeni mövsümə hazırlığımızı yekunlaşdıracağıq”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.