9 iyul 2012 11:24

“Mübarizəyə səfərdə başlaması Zestafoninin əsas üstünlüyüdü”

Gürcüstanın “Zestafoni” klubunun yarımmüdafiəçisi David Muciri müsahibəsində UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində qarşılaşacaqları “Neftçi” ilə oyunlardan danışıb. Azerisport.az xəbər verir ki, o, öncə komandasının Avstriya toplanışından, eləcə də yoxlama matçlarından söhbət açıb.

- Avstriyada keçirdiyimiz oyunlar komandaya kömək etməlidi. Mən əminəm ki, iyulun 17-də “Zestafoni” pik formada olacaq. İyulun 10-da biz Çexiyanın “Slovan” klubu ilə də qarşılaşacağıq. Bu oyunda qələbə qazanmaq bizim üçün çox vacib əhəmiyyət daşıyır. Çünki bu, “Neftçi” ilə oyuna daha yaxşı əhval-ruhiyyədə köklənməyimizə kömək edəcək.
 
- Azərbaycanlılar özlərinə kifayət qədər əmindilər və “Zestafoni”ni keçəcəklərini deyirlər. Yaxşı büdcələri də var. Bu barədə nə deyə bilərsiz?
- Biz bu mərhələni keçməyə borcluyuq. Bəli, rəqibimizin varlı büdcəsi var. Amma futbolda pul hər şeyi həll etmir. Bizim əsas üstünlüyümüz mübarizəyə səfərdə başlamağımızdı. Səfərdə yaxşı oyun sərgiləməliyik ki, ümumi uğur haqda düşünə bilək.
 
- “Zestafoni”də çoxlu gənc futbolçu var. Onların komandaya uyğunlaşması necə gedir?
- Çox yaxşı. Onların əksəri ötən mövsüm çempionluq sevinci yaşayıblar. Bu isə gənc futbolçular üçün həmişə önəmlidi.

- Bakıdakı oyunu idarə edəcək Marius Avram bu yaxınlarda keçirilən U-17-lər Avropa çempionatı çərçivəsində Hollandiya ilə Gürcüstan arasındakı oyunu idarə etmişdi və rəqibin lehinə bir sıra mübahisəli qərarlar vermişdi. Bu, sizi qorxutmur?
- Mən həmin oyuna baxanda hakimliyə görə çox əsəbləşdim. Uzun müddət bunun təsiri altında oldum. Amma Bakıdakı oyun tamamilə fərqli olacaq. Biz buna yeni bir səhifə gözü ilə baxmalıyıq. Hakim haqda düşünmək lazım deyil, qələbə barədə fikirləşmək lazımdı. Əgər sən peşəkarsansa, hakimin personası heç bir əhəmiyyət daşıya bilməz. Bu, lazımsız ajiotajdı.

- “Neftçi” barədə nə deyə bilərsiz?
- Biz onların Buxarest “Dinamo”su ilə oyununun bəzi epizodlarını görmüşük. Kifayət qədər texnikalı, sürətli komandadı. Amma biz bu səddi keçə bilərik.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.