9 iyul 2012 11:45

Bakı mərhələ adlasa, İnter Asterasla ilk oyununu səfərdə keçirəcək

Məlum olduğu kimi, Avropa Liqasındakı təmsilçimiz “İnter” mərhələ keçəcəyi halda Yunanıstanın “Asteras” klubu ilə mübarizə aparacaq. Azerisport.az xəbər verir ki, mübarizəyə birbaşa ikinci təsnifat mərhələsindən başlayacaq yunanlar püşkatmaya əsasən ilk oyunlarını da səfərdə keçirməlidilər.

Lakin “İnter” “Asteras”la ilk oyunu səfərdə də keçirə bilər. Məlum olduğu kimi, bu komanda birinci təsnifat mərhələsində Estoniya “Trans”ını demək olar ki, mübarizədən kənarlaşdırıb. İlk oyunda 5:0 hesablı qələbə qazanan “bankirlər” cavab görüşünü formallığa çevirib. İndi “İnter” özü ilə yanaşı “Bakı” və “Xəzər Lənkəran”ın da mərhələ keçməsini arzulayır. Belə ki, “zolaqlılar” Sloveniya “Mura”sını mübarizədən kənarlaşdırsa, növbəti mərhələdə Bolqarıstanın CSKA (Sofiya) klubuna, “ağ-yaşıllar” isə Estoniya “Nomme Kalju”sunu yenməyi bacarsa, böyük ehtimalla Polşanın “Lech” klubuna rəqib olacaq. Maraqlıdı ki, püşkə əsasən “Bakı” ilə CSKA, elə “Xəzər Lənkəran”la “Lexh” arasındakı ilk oyun da Azərbaycanda keçirilməlidi. Belə olan halda UEFA yenə yerdəyişmə etmək məcburiyyətində qalacaq. Çünki bir ölkənin bütün klublarının eyni gündə evdə oynamasına imkan verilmir.
 
Maraq üçün xatırladaq ki, Avroliqanın birinci təsnifat mərhələsində də bütün klublarımız ilk oyunlarını evdə keçirməli idilər. Amma son anda UEFA “İnter”in ilk oyununu səfərdə keçirməsinə qərar vermişdi. Elə bu dəfə də belə bir dəyişikliyin baş verəcəyi dəqiqdi.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.