9 iyul 2012 00:04
Flavinyo: Bundan maksimum yararlanıb Çempionlar Liqasında mərhələ keçmək istəyirik
"Neftçi"nin futbolçusu Flavinyo Rumıniyanın "Dinamo" (Buxarest) klubu ilə yoxlama oyunu sonrası fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, braziliyalı yarımmüdafiəçi komandasının 2:0 hesablı qələbəyə sevindiyi görüşdən sonra bunları dilə gətirib:
"Bu matçda daha böyük hesabla qələbə qazana bilərdik. Qol vəziyyətlərimiz çox oldu. Sevindirici haldır ki, komandaya yeni qoşulmuş futbolçular da uyğunlaşma dövrünü sürətlə keçir. Onlar komandanın gücünə güc qatıblar. Hazırlığımız hələ bitməyib və istəyirik ki, bu müddətdən maksimum yararlanıb Çempionlar Liqasında mərhələ keçək".
