9 iyul 2012 12:11
Berti Foqts klublarımızın cavab oyunlarını görməyəcək
Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts Avropa Liqasının birinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində klublarımızın iştirakı ilə keçiriləcək görüşləri izləməyəcək. Azerisport.az xəbər verir ki, ilk oyunlar zamanı “Xəzər Lənkəran”ın doğma meydanda Estoniya “Nomme Kalju”su ilə qarşılaşmasını canlı izləyən almaniyalı mütəxəssis bu dəfə fasilə götürüb.
Onun yalnız klublarımızın növbəti mərhələdəki oyunlarına baş çəkməsi gözlənilir. Bundan əlavə millimizin çalışdırıcısı iyuylun 17-də keçiriləcək Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin “Neftçi” ilə Gürcüstan “Zestafoni”si arasındakı görüşü izləməsi gündəmdədi.
