9 iyul 2012 22:49

Neftçi Dinamodan 5 top buraxdı (YENİLƏNİB)

UEFA Çempionlar Liqasına hazırlığı davam etdirən "Neftçi" bu gün Avstriya toplanışı çərçivəsində üçüncü sınaq matçına çıxıb. Azerisport.az xəbər verir ki, “ağ-qaralar”ın bu dəfəki rəqibi Ukraynanın məşhur “Dinamo” (Kiyev) klubu idi.
 
"Neftçi" bu görüşə aşağıdakı heyətlə çıxıb: Emil Balayev, Emin Mehdiyev, Kərim Diniyev, Saşa Yunisoğlu, Tərlan Quliyev, Mirhüseyn Seyidov, Kənan Manafov, Elşən Abdullayev, Araz Abdullayev, Ruslan Qurbanov, İlham Allahverdiyev.
 
"Dinamo"nun start heyəti isə belə idi: Denis Boyko, Taras Mixalik, Betao, Yevgeni Xaçeridi, Danilo Silva, Oqnen Vukoyeviç, Dudu, Niko Krançar, Lukman Haruna, Andrey Yarmolenko, Braun İdeye.
 
Qeyd edək ki, “Neftçi” Avstriyadakı hazırlıq prosesi çərçivəsində ilk oyununu Rusiyanın “Kuban” (Krasnodar) komandasına qarşı keçirmiş və 0:2 hesabıyla məğlub olmuşdu. Rumıniyanın məşhur “Dinamo” (Buxarest) klubu ilə görüşdə isə eyni hesabla qalib gəlmişdi. “Ağ-qaralar” Türkiyə toplanışı zamanı isə Rusiyanın “Mordoviya” klubuna 0:4 hesabıyla uduzmuş, İran çempionu “Sepahan”a qalib gəlmişdi – 1:0.

Yoxlama oyunu
9 iyul

DİNAMO (Kiyev) – NEFTÇİ - 5:0 (3:0)
Qollar: Yarmolenko, 11-pen, Haruna, 16, Braun, 40; 59, Kravets, 90.
 
Oyun başladı
2-ci dəqiqədə "Neftçi"nin yerinə yetirdiyi ilk korner Araz Abdullayevin qeyri-dəqiq zərbəsi ilə başa çatır
Bakılılar hələ ki, ilk dəqiqələrdən pis təsir bağışlamırlar
11-ci dəqiqədə kiyevlilər penaltidən hesabı açırlar - 1:0
16-cı dəqiqədə "Dinamo" "Neftçi"ni ikinci dəfə mərkəzə dəvət edir - 2:0
"Neftçi"nin gəncləri hücum qurmağa çalışırlar
Mehdiyev daha çox fəallıq nümayiş etdirir
"Neftçi" bir qədər sərt oynayır. "Dinamo"nun futbolçusu zədələnir və oyuna davam edə bilmir
Üstünlük "Dinamo"da olsa da, "Neftçi" yaxşı oyun sərgiləyir
40-cı dəqiqədə "Neftçi" üçüncü qolu buraxır - 3:0
Matç güclü yağış altında keçirilir
Görünür məhz bu üzdən hakim ilk yarını tez başa vurur
Birinci hissə başa çatdı
İkinci hissə başladı
"Neftçi"nin hücumda oyunu alınmır
Yağış dayanıb
Qurbanovun zərbəsi hədəfdən yan keçir
59-cu dəqiqədə "Neftçi" 4-cü qolu buraxır - 4:0
Sonuncu dəqiqədə "Neftçi" daha bir qol buraxdı - 5:0
Oyun bitdi

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.