9 iyul 2012 00:17

“Xəzər Lənkəranla cavab matçında artıq müdafiədən oynamayacağıq”

Estoniyanın “Nomme Kalju” klubunun yarımmüdafiəçisi Hidetoşi Vakui Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində “Xəzər Lənkəran”a qarşı keçirdikləri ilk oyundan (2:2) danışıb, eləcə də cavab görüşü ilə bağlı fikirlərini açıqlayıb.
 
- İlk oyundan öncə klubunuzun rəsmiləri çox ehtiyatlı danışırdılar. Amma sonda sərfəli nəticəyə imza atdınız. Bu, məlum taktika idi?
- Mən deməzdim ki, biz bu şəkildə ehtiyatlanırdıq. Sadəcə, rəqibə hörmətlə yanaşırdıq. “Xəzər Lənkəran” özünə hörmət tələb edən komandadı. Özü də təkcə büdcəsinə görə yox.

- Ümidləriniz doğruldu?
- Bəli. Rəqibimiz sürətli və baxımlı oyun göstərdi. Amma biz də pis təsir bağışlamadıq.
 
- “Xəzər Lənkəran” düşərgəsi isə sizin sadəcə bəxt sayəsində uğur qazandığınızı düşünür...
- Onlar hər şey deyə bilərlər. Mən isə hesab edirəm ki, biz ilk oyunda komandanı qane edən heç-heçəyə oynadıq və buna da nail olduq. Amma etiraf edim ki, çox çətin oyun alındı. Əsas odu ki, minimum vəzifənin öhdəsindən gəldik.

- Maksimum vəzifə nədən ibarət idi?
- Təbii ki, qələbə. Biz ilk dəqiqələrdən təsadüfən fərqlənmədik.
 
- “Xəzər Lənkəran”dan cavab oyununda nə gözləyirsiz?
- Onları çətin oyun gözləyir. Bu dəfə biz müdafiədən oynamayacağıq. İndi biz hücum edən tərəf olacağıq. Çətin ki, qolsuz heç-heçəyə köklənək. Baxmayaraq ki, bu, bizi qane edir.
 
- İlk oyun öncəsi bukmeker kontorları da rəqibinizi favorit qismində göstərirdi. İndi əksini söyləmək olar?
- Əgər ilk oyun öncəsi elə hesab edirdilərsə, qoy indi əksini düşünsünlər. Ümid edirəm ki, biz favoriti müəyyənləşdirənlərin ümidlərini doğruldacağıq. Baxmayaraq ki, futbolda hər şey olur.
 
- Rəqibin büdcəsinin “Nomme Kalju” ilə müqayisədə daha yaxşı olması oyunçulara çoxmu təsir göstərir?
- Ola bilər ki, bu, kiməsə təsir göstərir. Amma mənə yox. Belə şeylər futbolçuları maraqlandırmamalıdı. Mən ilk oyundakı atmosferin olmasını istərdim. “Xəzər Lənkəran”ın azarkeşləri fantastik atmosfer yaradırdılar. Estoniya çempionatında belə şeylərə rast gəlmək mümkün deyil.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.