9 iyul 2012 12:30
Xəzər Lənkəranın rəqibi açıq məşqə çıxır
Avropa Liqasının birinci təsnifat mərhələsində Azərbaycan təmsilçisi “Xəzər Lənkəran”ın rəqibi olan Estoniyanın “Nomme Kalju” klubu hazırlıqlarını davam etdirir. Azerisport.az xəbər verir ki, Tallin klubu bu gün mətbuat və azarkeşlər üçün açıq məşqə çıxacaq.
Bu məşq prosesi oyunun keçiriləcəyi “Kadriorq” arenasında gerçəkləşəcək. Qeyd edək ki, “Nomme Kalju” – “Xəzər Lənkəran” görüşü sabah saat 20:45-də məhz bu arenada baş tutacaq.
Bu komandalar arasında iyulun 5-də Lənkəranda keçirilmiş görüş 2:2 hesabıyla başa çatmışdı.
