9 iyul 2012 00:41
İnter Transla cavab matçına hazırlıqları davam etdirir
İyulun 5-də Avropa Liqasının birinci təsnifat mərhələsinin ilk oyununda “İnter” səfərdə Estoniyanın “Trans” komandasıyla qarşılaşdı və 5:0 hesabıyla qalib gəldi. Azerisport.az xəbər verir ki, oyundan sonra Bakıya qayıdan komanda bir gün istirahət edib.
İstirahətdən dərhal sonra cavab oyununun hazırlığına start verilib. Məşq prosesini Zabrat qəsəbə stadionunda açan “İnter” ötən gün əvvəl trenajor zalında çalışıb, axşam isə “Dalğa Arena”da məşqə çıxıb.
Qeyd edək ki, “İnter” – “Trans” qarşılaşması iyulun 12-də baş tutacaq. Görüş saat 21:00-da başlayacaq. Matçın baş hakimi şotlandiyalı Kevin Klensi olacaq.
