10 iyul 2012 12:27
İnterin rəqibi Bakıya sabah gələcək
“İnter”in Avropa Liqasının birinci təsnifat mərhələsindəki rəqibi – Estoniya “Trans”ı Bakıya gəlir. Azerisport.az xəbər verir ki, narvalılar ölkəmizə sabah təşrif buyuracaqlar.
“Trans”ın nümayəndə heyəti Heydər Əliyev adına beynəlxalq hava limanına saat 20:00-da eniş edəcəklər. Bu üzdən də “bankirlər”in rəqibi oyun öncəsi məşqə də çıxmayacaq.
Xatırladaq ki, “Trans” “İnter”lə Estoniyadakı oyunda 0:5 hesabıyla məğlub olmuşdu. Bu üzdən də iyulun 12-də keçiriləcək qarşılaşma tam formal xarakter daşıyır.
