10 iyul 2012 12:48
Azərbaycan millisinin sabiq üzvü Türkiyə klubunda (FOTO)
Futbol üzrə Azərbaycan millisinin sabiq üzvü Fabio Luis Ramim karyerasını Türkiyədə davam etdirəcək. Azerisport.az xəbər verir ki, braziliyalı futbolçu dünən axşam saatlarında TFF birinci liqada çıxış edən “Karşıyaka” ilə müqavilə bağlayıb.
Qeyd edək ki, Ramimin son klubu “Bakı” olub (2008-2012, 78 oyun, 12 qol). O, əvvəllər Braziliyanın “Linense” (2004-2005), Azərbaycanın isə “MKT-Araz” (2005-2006, 23 oyun, 5 qol) və “Olimpik” (2006-2008, 35 oyun, 6 qol) çıxış edib. Milli komandamızda 16 dəfə forma geyinən Fabio 4 qola imza atıb.
