10 iyul 2012 13:54
Bakının iki futbolçusu hərbi xidmətə çağırıldı
“Bakı”nın iki futbolçusu hərbi xidmətə çağırılıb. Azerisport.az xəbər verir ki, bunlar qapıçı Aqil Məmmədovla yarımmüdafiəçi Elvin Məmmədovdu.
Artıq hər iki oyunçuya hərbi xidmətə çağırış gəlib. Lakin böyük ehtimalla onlar hərbi xidmətdən azad olunacaqlar. Belə ki, “Bakı” rəhbərliyi millimizə də dəvət alan futbolçuları buraxmaq istəmir. Onların məsələsinə Sloveniya “Mura”sı ilə Avropa Liqasının birinci təsnifat mərhələsinin cavab oyunundan sonra aydınlıq gələcək.
