10 iyul 2012 14:02
Mura və Bakının məşqçiləri Lendavada jurnalistlərlə görüşəcək
Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində “Bakı” ilə Sloveniya “Mura”sı arasındakı cavab oyunu öncəsi keçiriləcək mətbuat konfranslarının başlama saatları müəyyənləşib. Azerisport.az xəbər verir ki, Sloveniya təmsilçisinin baş məşqçisi ilə futbolçuları jurnalistlər önünə sabah yerli vaxtla 19:00-da (Bakı vaxtı ilə saat 22:00-da) çıxacaqlar.
Ardından isə “Bakı”nın baş məşqçisi Novruz Əzimov mətbuat nümayəndələrinin suallarını cavablandıracaq.
Qeyd edək ki, “Mura” – “Bakı” oyunu iyulun 12-də Lendavada keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
