10 iyul 2012 14:12
Muranın məşqçisi: Bakı ilə cavab oyununda daha aqressiv oynamalıyıq
Sloveniyanın “Mura” klubunun məşqçisi Feri Çifer Avropa Liqasının birinci təsnifat mərhələsinin “Bakı” ilə cavab oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bunları dilə gətirib:
“Cavab oyunu öncəsi oyunçularımızla bağlı hansısa problemimiz yoxdu. Bütün futbolçular qaydasındadılar. Lakin biz “Bakı” ilə cavab görüşü üçün oyunumuzu yaxşılaşdırmalyıq. Bakıdakı ilk oyunla müqayisədə bu dəfə daha aqressiv olmalıyıq. Əgər buna nail ola bilsək, deməli, nəyəsə nail olmaq olar. Eyni zamanda rəqib komandanı da nəzərə almaq lazımdı. “Bakı”nın heyətində əla ifaçılar var”.