10 iyul 2012 14:27
Mura əsas qapıçısını itirdi
Sloveniyanın “Mura” klubu qapıçısı ilə yollarını ayırıb. Azerisport.az xəbər verir ki, komandanın əsas qapıçısı Ales Luk başqa klubla müqavilə imzalayıb.
Bu üzdən də o, “Bakı” ilə Avropa Liqasının cavab matçında Sloveniya təmsilçisinə kömək etməyəcək. Halbuki, Bakıda keçirilən ilk oyunda “zolaqlılar”a qarşı məhz bu qapıçı mübarizə aparmışdı.
Qeyd edək ki, “Bakı” ilə “Mura” arasındakı cavab oyunu iyulun 12-də Lendavada keçiriləcək və saat 23:00-da start götürəcək.
