10 iyul 2012 14:38
AZAL türkiyəli futbolçunu bəyənmədi
Yeni mövsümə hazırlaşan AZAL Türkiyədəki təlim-məşq toplanışını davam etdirir. Azerisport.az xəbər verir ki, paytaxt klubu eyni zamanda heyətini gücləndirmək yönündə də çalışmalarını sürdürür.
Bu arada “təyyarəçilər” baxışa çağırdıqları futbolçulardan birini yola salmalı olublar. Belə ki, türkiyəli futbolçu Yüksel Demirin AZAL-da möhkəmlənmək cəhdləri bəhrəsiz qalıb. Baş məşqçi Vaqif Sadıqov onu bəyənmədiyi üçün, futbolçu geri göndərilib.
