10 iyul 2012 14:46
Rəşad Sadıqov Türkiyədə het-trikə imza atdı
“Qarabağ” Qızılcahamda təlim-məşq toplanışını davam etdirir. Azerisport.az xəbər verir ki, ötən günün yeganə məşqi yerli vaxtla 10:30-da start götürüb.
Çalışma 1 saat 45 dəqiqə davam edib. Yüngül hərəkətlərin ardından toplçu çalışmalar yerinə yetirən komanda 2-li, 3-lü qruplar halında çalışıb. Ən sonda isə 2 qrupa bölünən futbolçular futbol oynayıb. Nisbi olaraq cavanlara və təcrübəlilərə bölünən komandaların oyunu olduqca maraqlı alınıb. Gənclər hesabda 2 top fərqiylə öndə olsa da, Rəşad Sadıqov son dəqiqədə het-trik edərək komandasına qələbə qazandırıb.
Qeyd edək ki, “Zobahan”la oyunda aldığı zədəsini tam sağaltmayan Muarem Muarem məşqdə iştirak etməyib. Ayağında kiçik zədə olan Vüqar Nadirov isə qaçmaqla kifayətlənib. Bu günə isə 2 məşq nəzərdə tutulub.
